IELTS, TOEFL iBT

IELTS imtahanı, ingilis dilinin danışıldığı ölkələrdə oxumaq və ya işləmək istəyənlərin ingilis dili bilik səviyyəsini qiymətləndirmək üçün olan bir imtahandır. İngilis dili bilikləri dünya səviyyəsində tanınmış standartlar çərçivəsində ədalətli, dəqiq və əsaslı uyğun bir şəkildə qiymətləndirilir.
Akademik və ya Umumi IELTS seçimi
İki növ IELTS imtahanı,( akademik və ümumi ) var. Namizədlər , təhsil və profesional hədəfləri, viza tələblərinə görə qərar verirlər. Hər iki imtahan danışma, oxuma, yazma və dinləmə bacarıqlarını qiymətləndirən dörd hissədən ibarətdir.
İngilis dilinin 4 bacarığını qiymətləndirən imtahan
IELTS, İngilis dilinin 4 bacarığını (dinləmə, oxu, yazma və danışma) əhatə edən rəsmi əsaslı bir imtahandır. IELTS imtahanının dörd hissəsi üçün IELTS namizədləri ayrı-ayrı bir qiymət alırlar. Bu bölmələrin ortalaması ümumi imtahan nəticəsini təşkil edir. Komponentlərin hər biri xüsusi bir bacarığı üzə çıxartmaq üçün diqqətlə hazırlanılır.
IELTS-in 9 ballıq şkalası
IELTS imtahanında kəsilmək və ya keçmək yoxdur. Bunun əvəzinə bütün nəticələr 9 bal səviyyəsində qiymətləndirilir. 1 ən aşağı, 9 ən yüksəkdir. Namizədlərə qulaq asmaq, oxumaq, yazmaq və danışmaq bölmələrinə görə ayrı-ayrı ballar verilir.
IELTS imtahan nəticəsini qəbul edən hansı quruluşlardır?
ABŞ, Kanada, Birləşmiş Krallıq,Avropa, Yeni Zelandiya və İrlandiya Universitet və işəgötürənlər IELTS nəticə tələb olunur. Dünyanın ən peşəkar şirkətləri, immiqrasiya idarələri və dövlət qurumları IELTS imtahan nəticəsini tələb edir.140 ölkədə 10.000-dən artıq qurum IELTS imtahan nəticəsini tanıyır.
Bu gün TOEFL testi hem akademik təhsil, həm də iş həyatında həm ölkədə, həm də xaricdə zərurətə çevrilmişdir.
TOEFL imtahanı, TOEFL PBT (sualları kağızda cavablandırmaq), TOEFL CBT (sualları kompüterdə cavablandırmaq) və nəhayət, hazırkı imtahan üsulu olan TOEFL IBT (suallar internetdə cavablandırmaq) imtahanıdır.
Mövcud sistemdəki yeganə fərq, sualların İnternetdə cavablandırılması deyildir. Danışma(Speaking) bölməsinin əlavə edilməsi, ümumi imtahan müddəti 2,5 saatdan 4,5 saata qədər və eyni bölmədə birdən çox bacarığı genişləndirən əlavə hissələrlə test edə biləcək bir sınaq halına gəldi.
Bizim təhsil sistemi
TOEFL iBT Sınavı nədir?
TOEFL iBT imtahanı universitet səviyyəsində ingilis dilindən istifadə və anlama qabiliyyətinizi ölçür. TOEFL iBT imtahan nəticəsini demək olar istənilən xarici universitet qəbul edir.
TOEFL imtahan nəticəsini qəbul edən qurumlar hansılardır?
Dünyada 30 milyondan çox insan ingilis dili biliklərini yoxlamaq üçün TOEFL imtahanına girib.


